Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 2 dəfədən çox artıb

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 2 dəfədən çox artıb Bu ilin I yarısında Azərbaycandan Gürcüstana 66 398 nəfər səfər edib.
Turizm
6 İyul , 2022 17:34
Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 2 dəfədən çox artıb

Bu ilin I yarısında Azərbaycandan Gürcüstana 66 398 nəfər səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 2,2 dəfə çoxdur.

Yanvar-iyunda Gürcüstan ümumilikdə 1,6 milyon nəfər beynəlxalq ziyarətçi qəbul edib ki, bu da illik müqayisədə 3,3 dəfə çoxdur. Turistlərin sayı isə 1,2 milyon nəfər təşkil edib.

Qonşu ölkə yanvar-mayda turizmdən 840,9 milyon ABŞ dolları gəlir əldə edib.

Son xəbərlər

Orphus sistemi