Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 74 % artıb

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 74 % artıb Bu ilin yanvar-may aylarında Gürcüstana Azərbaycandan 22 305 nəfər səfər edib.
Turizm
7 İyun , 2021 11:50
Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 74 % artıb

Bu ilin yanvar-may aylarında Gürcüstana Azərbaycandan 22 305 nəfər səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 245 711 nəfər və yaxud 91,7 % azdır.

İlk 5 ayda Azərbaycan Gürcüstana səfər edənlərin sayı baxımından Türkiyə, Ermənistan və Rusiyadan sonra IV yeri tutub.

Təkcə may ayında qonşu ölkə Azərbaycandan 5 704 nəfər ziyarətçi qəbul edib ki, bu da illik müqayisədə 2 428 nəfər və yaxud 74,1 % çoxdur.

Yanvar-mayda qonşu ölkəyə səfərə yollanan beynəlxalq ziyarətçilərin ümumi sayı 329 825 nəfər (-76,6 %) təşkil edib.

Son xəbərlər

Orphus sistemi