Bu ilin I rübündə Azərbaycandan Gürcüstana 11 314 nəfər səfər edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni göstəricisinə nisbətdə 250 876 nəfər və yaxud 95,7% azdır.
Hesabat dövründə Azərbaycan Gürcüstanın ən çox ziyarətçi qəbul etdiyi ölkələrin arasında Türkiyə (50 720 nəfər) və Ermənistandan (15 316 nəfər) sonra III yeri tutub.
Yanvar-martda qonşu ölkəyə ümumilikdə 130 188 nəfər beynəlxalq ziyarətçi yollanıb ki, bu da illik müqayisədə 88,4% azdır.