Azərbaycandan turist axını 3 dəfədən çox artıb

Azərbaycandan turist axını 3 dəfədən çox artıb Bu ilin yanvar ayından xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə artaraq 89,6 min nəfər olub.
Turizm
24 Fevral , 2022 12:02
Azərbaycandan turist axını 3 dəfədən çox artıb

Bu ilin yanvar ayından xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə artaraq 89,6 min nəfər olub.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, Rusiyaya gedənlərin sayı 5,6 dəfə, İrana gedənlərin sayı 3,6 dəfə, Türkiyəyə gedənlərin sayı 2,6 dəfə, Gürcüstana gedənlərin sayı isə 2,5 dəfə artıb. Ölkə vətəndaşlarının 39,4%-i Türkiyəyə, 25,8%-i Rusiyaya, 8%-i Gürcüstana, 9,7%-i İrana, 17,1%-i digər ölkələrə səfər edib. Gedənlərin 67,8%-ni kişilər, 32,2 %-ni qadınlar təşkil edib.

Ötən ay xaricə səfər etmiş Azərbaycan vətəndaşlarının 31,2%-i dəmir yolu və avtomobil, 66,3%-i hava, 2,5%-i isə dəniz nəqliyyatından istifadə edib.

Son xəbərlər

Orphus sistemi