Azərbaycandan xaricə uçuşların sayı 20 %-ə qədər artıb

Azərbaycandan xaricə uçuşların sayı 20 %-ə qədər artıb Azərbaycandan xaricə uçuşların sayı 20 %-ə qədər artıb
Turizm
19 Oktyabr , 2024 16:43
Azərbaycandan xaricə uçuşların sayı 20 %-ə qədər artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 41 ölkəyə 20 165 aviareys təşkil olunub.

“Report” Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 ölkə (20,5 %) və 3 325 aviareys (19,7 %) çoxdur.

Hesabat dövründə Azərbaycandan ən çox Rusiyaya 5 865 reys təşkil olunub. Bu da 1 il əvvələ nisbətən 13,1 % çoxdur.

9 ay ərzində Rusiyadan sonra ən çox Azərbaycandan Türkiyəyə aviareys təşkil olunub. Bu ölkəyə 4 517 reys olub ki, bu da illik müqayisədə 4,3 % çoxdur.

İlk üçlüyə 2 301 reyslə (+31,9 %) Birləşmiş Ərəb Əmirlikləri daxil olub. Daha sonra, TOP-10-luğa Gürcüstan 1 532 (+ 30,4 %), Səudiyyə Ərəbistanı 660 (- 7,9 %) , Qazaxıstan 637 ( + 4,9 %), Hindistan 495 ( + 4,6 dəfə) , Qətər 444 (+ 62,6 %), Küveyt 331 (+ 20,3 %) və İsrail 328 ( + 19,7 %) daxil olub.

İndiyə qədər ilk 10-luqda olan Özbəkistan (326 aviareys, - 31,3 %) 11-ci yerə düşüb, onun yerinə siyahıya Hindistan daxil olub.

Təkcə sentyabr ayında isə Azərbaycandan xaricə təşkil olunan aviareyslərin sayı 14,9 % artaraq 2 396 təşkil edib. O cümlədən, ötən ay Rusiyaya 731 reys təşkil olunub ki, bu da ötən ilin sentyabr ayı ilə müqayisədə 14 % çoxdur.

Son xəbərlər

Orphus sistemi