Azərbaycanın turizm imkanları İsraildə təbliğ edilir

Azərbaycanın turizm imkanları İsraildə təbliğ edilir Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə İsrailin Təl-Əviv şəhərində keçirilən Beynəlxalq Aralıq dənizi Turizm Bazarı (IMTM) sərgisində ölkəmizin turizm imkanları təqdim olunur.
Turizm
14 Fevral , 2023 16:55
Azərbaycanın turizm imkanları İsraildə təbliğ edilir

Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə İsrailin Təl-Əviv şəhərində keçirilən Beynəlxalq Aralıq dənizi Turizm Bazarı (IMTM) sərgisində ölkəmizin turizm imkanları təqdim olunur.

Bu barədə "Report"a DTA-dan məlumat verilib.

Sərgidə Azərbaycan Turizm Bürosu ilə yanaşı, “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi və Dağ Yəhudiləri Muzeyi də daxil olmaqla ümumilikdə 14 yerli turizm və qonaqpərvərlik sənayesi nümayəndəsi iştirak edir.

Ziyarətçilər Azərbaycanın tarixi, mədəni irsi, milli mətbəx nümunələri, adət-ənənələri, dağ-xizək mərkəzləri, şərabçılıq, qolf, sağlamlıq, dağ və qış turizmi imkanları ilə yanaşı, ölkəmizdəki qədim yəhudi irsi haqqında ətraflı məlumatlandırılırlar.

Sərgi çərçivəsində İsraildən və digər iştirakçı ölkələrdən olan təmsilçilərlə ikitərəfli görüşlər və media nümayəndələri ilə müsahibələr təşkil edilir.

Bununla yanaşı, 14-17 fevral tarixlərində Azərbaycan Turizm Bürosunun nümayəndə heyəti İsraildə keçirilən Qlobal Turizm İnnovasiya Forumunda iştirak edir. Forumda təmsil olunmaqda əsas məqsəd “Slou Fud” Böyük Qafqaz səyahət marşrutunun interaktiv xəritəsinin yaradılmasıdır.

Qeyd edək ki, 2021-ci ildən İsraildə Azərbaycanın turizm nümayəndəliyi fəaliyyət göstərir. 2022-ci ildə Azərbaycana 23 935 nəfər İsrail vətəndaşı səfər edib.

Son xəbərlər

Orphus sistemi