Bakıda viza mərkəzi üç ölkəyə Şengen viza sənədlərinin qəbulunu müvəqqəti dayandırıb

Bakıda viza mərkəzi üç ölkəyə Şengen viza sənədlərinin qəbulunu müvəqqəti dayandırıb Bakıda fəaliyyət göstərən VFS Global mərkəzi Latviya, Estoniya və Sloveniyaya Şengen viza sənədlərinin qəbulunu dayandırıb.
Turizm
21 Fevral , 2023 17:24
Bakıda viza mərkəzi üç ölkəyə Şengen viza sənədlərinin qəbulunu müvəqqəti dayandırıb

Bakıda fəaliyyət göstərən VFS Global mərkəzi Latviya, Estoniya və Sloveniyaya Şengen viza sənədlərinin qəbulunu müvəqqəti dayandırıb.

“Report” xəbər verir ki, bu barədə Latviyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

“️Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi təəssüflə qeyd edir ki, müəyyən səbəblərdən VFS Global Viza mərkəzində Latviya, Estoniya və Sloveniya üçün Şengen viza sənədlərinin qəbulu müvəqqəti olaraq 24 fevral 2023-cü il tarixinə kimi dayandırılır”, - səfirliyin bəyanatında deyilir.

Son xəbərlər

Orphus sistemi