Bakıda Kiyevin turizm imkanlarının təqdimatı keçirilib

Bakıda Kiyevin turizm imkanlarının təqdimatı keçirilib Bakıda Kiyevin Azərbaycan üçün turizm imkanlarının təqdimatı keçirilir.
Turizm
8 İyun , 2021 15:16
Bakıda Kiyevin turizm imkanlarının təqdimatı keçirilib

Bakıda Kiyevin Azərbaycan üçün turizm imkanlarının təqdimatı keçirilib.

Report” xəbər verir ki, tədbiri Dövlət administrasiyasının Kiyev şəhəri üzrə rəhbərinin müavini Marina Honda açıb.

Təqdimatda çıxış edən Kiyev Şəhər Şurasının İcra aparatının Turizm və Təbliğat şöbəsinin müdiri Marina Radova Kiyevin turizm imkanları və görməli yerləri haqqında məlumat verib.

Bundan başqa, azərbaycanlıların pandemiya zamanı Kiyevə necə səfər edə biləcəkləri barədə məlumat verilib.

Ukraynaya gəlmək üçün 72 saat öncə PCR testi verilməlidir. Testin nəticəsi mənfi olmalıdır. Bundan başqa, COVID-19 sığortası almaq lazımdır.

Azərbaycandan olan turistlər ölkə ərazisində 90 gündən 180 günədək vizasız qala bilərlər.

M.Radova həmçinin Kiyev şəhərinin qastronomik turizm potensialı haqqında məlumat verib və şəhərin rəsmi portalını ( kyivcity.gov.ua) təqdim edib.

Ümumukrayna Qastronomik Turizm Assosiasiyasının rəhbəri Aleksey Volkov Kiyevin çoxmillətli mətbəxə malik şəhər olduğunu qeyd edib. Onun sözlərinə görə, Kiyevdə müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan olan aşbazlar fəaliyyət göstərirlər.

Tədbir çərçivəsində Ukraynanın tibbi turizminin təqdimatı baş tutub.

Ukrayna Tibbi Turizm Assosiasiyasının və Ümumdünya Tibbi Turizm Assosiasiyasının (Global Healthcare Travel Council – GHTC) prezidenti Violetta Yanışevskaya Ukraynanın sağlamlıq turizmi imkanları, azərbaycanlı turistlərin də faydalana biləcəkləri müxtəlif tibbi xidmətlər haqqında məlumat verib.

Son xəbərlər

Orphus sistemi