Beynəlxalq turizmin dirçəlməsinə dair proqnoz yeniləndi

Beynəlxalq turizmin dirçəlməsinə dair proqnoz yeniləndi BMT Dünya Turizm Təşkilatı (UNWTO) beynəlxalq turizmin dirçəlməsinə dair proqnozunu azaldıb.
Turizm
29 Yanvar , 2021 10:46
Beynəlxalq turizmin dirçəlməsinə dair proqnoz yeniləndi

BMT Dünya Turizm Təşkilatı (UNWTO) beynəlxalq turizmin dirçəlməsinə dair proqnozunu azaldıb.

“Report” xəbər verir ki, təşkilatın ekspertləri arasında keçirlən rəy sorğusu cari ilə dair gözləntilərin birmənalı olmadığını üzə çıxarıb. Belə ki, sorğu iştirakçılarının 45 faizi 2020-ci ilə nisbətən vəziyyətin düzələcəyini, 25 faizi təkrarlanacağını, 30 faizi daha da pisləşəcəyini bildirib.

Bütövlükdə 2021-ci ildə iqtisadiyyatın dirçəlməsi perspektivləri mənfiyə doğru dəyişib. Ekspertlərin 50 faizi iqtisadiyyatın dirçəlməsini 2022-ci ildə gözləyirlər. Halbuki 2020-ci ildəki sorğunun iştirakçılarının cəmi 21 faizi bu qənaətdə olub.

Həmçinin sorğu iştirakçılarının 43 faizi turizm sektorunun 2019-cu ilin səviyyəsinə 2023-cü ildən tez, 41 faizi də 2024-cü ildən tez qayıtmayacağı fikrindədir: “UNWTO-nun hazırladığı ssenarilərə görə turizmin tam şəkildə dirçəlməsi üçün 2,5 ildən 4 ilədək vaxt lazım gələcək”.

Daha əvvəl bildirildiyinə görə, 2020-ci ildə pandemiya üzündən beynəlxalq turist səfərlərinin sayı əvvəlki ilə nisbətən 74 faiz azalıb.

Son xəbərlər

Orphus sistemi