Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 515 280 nəfər əcnəbi vətəndaş gəlib.
“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “2021-ci ilin ilk 9 ayı: İqtisadi artımın bərpası və post-konflikt quruculuğu” mövzusunda hazırladığı “İslahat İcmalı” hesabatında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25 % (2020-ci ilin 9 ayında 686 303 nəfər olub) azdır.
Təkcə ötən ay isə Azərbaycana 72 686 nəfər əcnəbi səfər edib. Bu isə ötən ilin sentyabr ayına nisbətən 99% və yaxud təxminən 2 dəfə çoxdur. (2020-ci ilin sentyabr ayında 36 531 nəfər olub).
Sentyabrda Azərbaycana ən çox Türkiyə (20 186 nəfər), Rusiya (18 967), İran (16 270), Gürcüstan (5 503), Ukrayna (1 270) vətəndaşları səfər edib.