2023-cü ildə Şuşa şəhərinə 1 000-dən çox turistin səfəri və gecələməsi təşkil olunub.
"Report"un məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin Regional turizm və mədəni irs şöbəsinin müdiri Elgün Cavadov Ağdam şəhərində keçirilən “İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı” mövzusunda elmi-praktiki konfransda bildirib.
"Gələcəkdə Şuşaya səfər edəcək turistlərin sayında artım gözlənilir. Şəhərdə və ətraf ərazilərdə turizm infrastrukturu tam hazır olandan sonra yerli turistlər üçün imkanlar artırılacaq", - deyə o qeyd edib.