Çili hökuməti koronavirusa qarşı təsdiq edilmiş vaksinləmə sertifikatına malik olan əcnəbilərin ölkəyə girişinə qoyulmuş qadağanı ləğv etmək qərarına gəlib.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
“Hökumət peyvənd olunmuş əcnəbilərin oktyabr ayının 1-dən etibarən ölkəyə girişinə icazə verir”, - məlumatda deyilir.
Bununla belə, ölkəyə daxil olan bütün şəxslər 5 günlük karantinə riayət etməlidirlər. Onlar həmçinin 14 gün ərzində öz səhhətləri və yerləşmə yerləri haqqında məlumat verməlidirlər.
Xatırladaq ki, indiyədək ölkədə 1,6 milyon nəfər koronavirusa yoluxub, onlardan 37 min nəfəri ölüb. 19,6 milyon əhaliyə malik ölkədə 13,3 milyon nəfər tam peyvənd olunub.