Bu il Azərbaycana gələn turistlərin sayının ötən illə müqayisədə 50 % artacağını və turizm sənayemizin pandemiyadan əvvəlki vəziyyətinə qayıdacağını gözləyirik".
"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə bildirib.
Bununla belə, o, regionda gedən proseslərə görə proqnoza müəyyən korrektələrin olunacağını istisna etməyib.