“Dövlət Turizm Agentliyi (DTA) olaraq biz Şuşa şəhəri və ümumilikdə Qarabağla bağlı müxtəlif konsepsiyalar yazırıq”.
“Report” xəbər verir ki, bunu DTA sədri Fuad Nağıyev bildirib.
Onun sözlərinə görə, həmin konsepsiyalar ölkə Prezidentinə təqdim edilib: “Yaxın zamanda həmin sənədlərlə bağlı məlumat verəcəyik”.