Dövlət Turizm Agentliyi sağlamlıq turizminə dair imkanları qiymətləndirib

Dövlət Turizm Agentliyi sağlamlıq turizminə dair imkanları qiymətləndirib Dövlət Turizm Agentliyi ölkədə sağlamlıq turizmi ilə bağlı imkanları qiymətləndirib və "Azərbaycanda Sağlamlıq Turizmi – Cari Vəziyyət və İnkişaf Perspektivləri" adlı hesabat hazırlayıb.
Turizm
29 Oktyabr , 2024 10:37
Dövlət Turizm Agentliyi sağlamlıq turizminə dair imkanları qiymətləndirib
Fuad Nağıyev

Dövlət Turizm Agentliyi ölkədə sağlamlıq turizmi ilə bağlı imkanları qiymətləndirib və "Azərbaycanda Sağlamlıq Turizmi – Cari Vəziyyət və İnkişaf Perspektivləri" adlı hesabat hazırlayıb.

"Report" xəbər verir ki, bunu Agentliyin sədri Fuad Nağıyev Şuşada keçirilən "Azərbaycan Sağlamlıq Turizm Konfransı: İnkişaf imkanları" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, sektorun inkişafı ilə bağlı müxtəlif dövlət və özəl qurumların, eləcə də ictimai birliklərin nümayəndələrinin iştirakı ilə işçi qrupu yaradılıb.

"Əlavə olaraq, Naftalan neftinin emalı və istehlakına qədər dəyər zəncirinin inkişafı mexanizminin formalaşdırılması üzrə tədbirlər planlaşdırılır. Ölkə Prezidentinin 28 sentyabr 2024-cü il tarixli "Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamı bu sahədə yeni perspektivlər açır. Naftalan neftinin turizm məhsulu kimi daha da inkişaf etdirilməsi və yeni bazarlarda təşviqi əsas hədəflərdən biridir", - deyə sədr əlavə edib.

Son xəbərlər

Orphus sistemi