Cari ilin beş ayı ərzində beynəlxalq turist səfərləri 2019-cu ilin müvafiq dövrünə nisbətən 85 faiz az olub ki, bu da 2020-ci ildə 65 faizlik azalma deməkdir.
“Report” xəbər verir ki, BMT Ümumdünya Turizm Təşkilatının məlumatına görə, turizm tarixində ən böyük böhran iki ildir davam edir. May ayında yüngülvarı canlanma qeydə alınsa da, koronavirusun variantlarının ortaya çıxması, davam edən məhdudiyyətlər beynəlxalq səyahətlərin dirçəlməsini əngəlləyir. Bununla yanaşı, yerli turizm dünyanın bir çox bölgələrində dirçəliş göstərir.
Təşkilatın son məlumatına əsasən, 2021-ci ilin yanvar – may aylarında beynəlxalq səyahətlər ötən ilin müvafiq dövrünə nisbətən 147 milyon, 2019-cu ilin müvafiq dövrünə nisbətən isə 460 milyon az olub.
O cümlədən Asiya – Pasifik regionunda beynəlxalq səyahətlər cari ilin beş ayı ərzində 2019-cu ilin müvafiq dövrünə nisbətən 95 faiz, Avropada 85 faiz, Yaxın Şərq regionunda 83 faiz, Afrikada 81 faiz, Şimali və Cənubi Amerikada isə 72 faiz azalıb.