Dünyada turistlərin sayı 31 illik minimumu yeniləyib

Dünyada turistlərin sayı 31 illik minimumu yeniləyib 2020-ci ildə dünya üzrə turistlərin sayı 381 milyon nəfər olub.
Turizm
27 Sentyabr , 2021 15:55
Dünyada turistlərin sayı 31 illik minimumu yeniləyib

2020-ci ildə dünya üzrə turistlərin sayı 381 milyon nəfər olub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Dünya Turizm Təşkilatının hesabatında bildirilir.

Sənədə əsasən, bu, 2019-cu illə müqayisədə 73,9% azdır və 1989-cu ildə qeydə alınmış rəqəmdən (438 milyon nəfər) belə azdır.

Ötən il koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq edilmiş komendant saatı və səyahət məhdudiyyətləri turizm sektorunda 100-120 milyon iş yerinin bağlanmasına səbəb olub, turizm sənayesinə 1,3 trilyon ABŞ dolları ziyan vurub, bu sahədə qlobal ümumi daxili məhsulun (ÜDM) dəyərini 2 trilyon dollardan çox azaldıb.

Hesabat dövründə turizm sekktorundə ən çox iş yeri Avropada bağlanıb. Növbəti yerlərdə Yaxın Şərq, Afrika, Amerika və Asiya-Sakit Okean regionları qərarlaşıb.

Hotellərin doluluq səviyyəsi 40 %, o cümlədən rezervasiyalar 47 %, təyyarələrin doluluq səviyyəsi isə 63 %, o cümlədən rezervasiyalar isə 81 % azalıb.

Beynəlxalq turizm destinasiyalarının qismən və yaxud tamamilə bağlanması səyahət və tətil vərdişlərini dəyişib, insanları evlərinə yaxın yerlərə üz tutmağa vadar edib, bu isə daxili turizmdə müsbət meyllər yaradıb.

Koronavirus orta və yaşlı turistlərin sayını azaldıb, gənc turistlərin sayını artırıb.

Mütəxəssislər hesab edirlər ki, turizm sektorunun davamlı olaraq böyüdüyü 2019-cu ilin səviyyəsinə çatması üçün 2-4 il vaxt lazım ola bilər.

Son xəbərlər

Orphus sistemi