Ekspert: "Müalicə müəssisələrinə çatmaq üçün logistik portal yaradılmalıdır"

Ekspert: "Müalicə müəssisələrinə çatmaq üçün logistik portal yaradılmalıdır" Azərbaycanda müalicə müəssisələrinə çatmaq üçün logistika imkanları ilə bağlı informativ portal yaradılmalıdır.
Turizm
29 Oktyabr , 2024 15:37
Ekspert: Müalicə müəssisələrinə çatmaq üçün logistik portal yaradılmalıdır

Azərbaycanda müalicə müəssisələrinə çatmaq üçün logistika imkanları ilə bağlı informativ portal yaradılmalıdır.

"Report" xəbər verir ki, bunu Qazaxıstan Tibbi Turizm Assosiasiyasının prezidenti Kristina Krivets Şuşada keçirilən "Azərbaycan Sağlamlıq Turizm Konfransı: İnkişaf imkanları" adlı tədbir çərçivəsində təşkil olunmuş "Sağlamlıq turizmində qlobal və uğurlu təcrübələr: Azərbaycan üçün təkliflər" adlı panel müzakirələrində bildirib.

Onun fikrincə, turistlərin, xüsusilə də xarici müştərilərin müalicə prosesində çətinliklərlə qarşılaşmaması üçün sistemli yanaşma zəruridir.

"Bu məsələ diqqət mərkəzində saxlanılmalıdır. Sistemli yanaşma yalnız müalicə xidmətlərinin keyfiyyətini artırmayacaq, eyni zamanda turistlərin müsbət təcrübələr qazanmasına və regionun sağlamlıq turizmi sahəsində daha da inkişaf etməsinə də kömək edəcək", – deyə K.Krivets əlavə edib.

O, həmkarlarına müraciət edərək, onları bu sahədə məlumatların sistemləşdirilməsi, çatdırılma yollarının planlaşdırılması və müvafiq resursların yaradılması üçün əməkdaşlığa çağırıb.

Son xəbərlər

Orphus sistemi