Florian Zenqstşmid: “Hindistan Azərbaycan turizmi üçün vacib bazardır”

Florian Zenqstşmid: “Hindistan Azərbaycan turizmi üçün vacib bazardır” “Hindistan Azərbaycan turizmi üçün vacib bazardır”.
Turizm
21 Avqust , 2020 17:09
Florian Zenqstşmid: “Hindistan Azərbaycan turizmi üçün vacib bazardır”
Florian Zenqstşmid

Azərbaycan və Hindistanın 30-a yaxın turizm nümayəndəsi arasında onlayn tədbir keçirilib. 

"Report" bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir. 

Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid bildirib ki, Hindistan Azərbaycan turizmi üçün vacib bazardır. 

Onun sözlərinə görə, Azərbaycan və Hindistanın mədəniyyəti, tarixi və adət-ənənələri arasında bənzərlik ölkələrarası turizm əlaqələrini daha da möhkəmləndirir.

F.Zenqstşmid ATB-nin SATTE və OTM sərgilərində iştirakı, eləcə də Hindistan mediası ilə əməkdaşlıq barədə məlumat verib. O, Hindistanın turizm sənayesinin nümayəndələrini cari ilin oktyabr ayında keçiriləcək “Travel Business Azerbaijan” tədbirində iştirak etməyə dəvət edib.

Hindistanın Azərbaycandakı səfirliyi və Hindistan Turizm Operatorları Assosiasiyasının (IATO) birgə təşkilatçılığı ilə baş tutan tədbirdə, həmçinin Hindistan Turizm Operatorları Assosiasiyasının prezidenti Pronab Sarkar, Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna iştirak edib.

Son xəbərlər

Orphus sistemi