Fuad Nağıyev: “Turizm haqqında yeni qanunda bələdçilərə yer verilib”

Fuad Nağıyev: “Turizm haqqında yeni qanunda bələdçilərə yer verilib” “Təəssüf ki, bu vaxta qədər heç kim turizm üçün əhəmiyyətli olan bələdçiləri bir yerə toplaya bilməyib”.
Turizm
7 Dekabr , 2021 11:29
Fuad Nağıyev: “Turizm haqqında yeni qanunda bələdçilərə yer verilib”
Fuad Nağıyev

“Təəssüf ki, bu vaxta qədər heç kim turizm üçün əhəmiyyətli olan bələdçiləri bir yerə toplaya bilməyib”.

“Report” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev turizm bələdçilərinin sertifkatlaşdırılması orqanına akkreditasiya attestatının təqdim edilməsi zamanı deyib.

“Turizm bələdçiləri üçün əsas məsələ Azərbaycan dilini bilməkdir. Əminəm ki, bələdçilərin beynəlxalq standartlar əsasında hazırlanması sektorun inkişafına təsir edəcək. Turizm haqqında yeni qanun hazırlanıb və Milli Məclisə göndərilib. Layihədə turizm bələdçilərinə yer verilib. Bələdçilərin xüsusi reyestri yaradılacaq və onlar akkreditasiyadan keçəcək”, - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi