IATA Beynəlxalq Səyahət Pasportu Proqramına başlayıb

IATA Beynəlxalq Səyahət Pasportu Proqramına başlayıb Rəqəmsal səyahət pasportu olan ilk sərnişin Londonun “Hitrou” hava limanına gəlib
Turizm
18 Mart , 2021 11:28
IATA Beynəlxalq Səyahət Pasportu Proqramına başlayıb

Rəqəmsal səyahət pasportu olan ilk sərnişin Londonun “Hitrou” hava limanına gəlib.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) məlumat yayıb.

“Travel Pass” sahibi “Singapore Airlines” aviaşirkətinin təyyarəsi ilə Sinqapurdan İngiltərəyə gəlib. Proqramın məqsədi COVID-19 pandemiyası şəraitində səyahətləri daha əlçatan və təhlükəsiz etməkdir.

Qeyd edək ki, “Travel Pass” proqramına istifadəçinin peyvəndləmə məlumatları, koronavirus testinin nəticəsi, antikorun olub-olmaması və digər məlumatlar yüklənir. Proqram həmçinin səyahət edənlərin müəyyən ölkəyə səfər edərkən yerinə yetirilməsi lazım olan tələblər haqqında lazımi məlumatları əldə etmələrinə, test və peyvənd mərkəzləri haqqında məlumat tapmasına, habelə testdən keçmək və ya aşılanma sertifikatı almasına imkan verir. Tətbiq hazırda yalnız Sinqapur-London reyslərində mövcuddur.

IATA-nın proqramı işə salma planları fevral ayında məlum olmuşdu. O vaxta qədər “Air New Zealand”, “Copa Airlines”, “Etihad Airways”, “Emirates”, “Qatar Airways”, “Malaysia Airlines”, “RwandAir” və “Singapore Airlines” layihədə iştirak etmək istədiklərini bildirmişdi. IATA proqramın aviasiya sərnişin axınının bərpasını stimullaşdıracağını düşünür.

Son xəbərlər

Orphus sistemi