İndoneziya hökuməti 1 yanvar - 14 yanvar tarixlərində qüvvədə olan əcnəbilərin ölkəyə giriş qadağasını daha iki həftə müddətə - yanvarın 28-nə qədər uzadıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, buna səbəb koronavirusun yeni ştammının ölkəyə daxil olmasının qarşısını almaq istəyidir.
Qadağa yenə də İndoneziya vətəndaşlarına, artıq aktivləşdirilmiş gəliş icazəsi olan sərnişinlərə, diplomatik və xidmət vizası sahiblərinə şamil edilmir.
Dekabrda ölkəyə biznes vizası ilə gələn əcnəbilərə giriş icazəsi vermişdi. Ancaq yanvardan bəri dövlət bütün xarici qonaqlar, o cümlədən işgüzar səfərlərə gəlmək istəyənlər üçün sərhədləri bağlayıb.