İslandiya bu gündən etibarən COVID-19 koronavirusuna qarşı peyvənd olunmuş turistlər üçün ölkəyə girişi açıb.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, müvafiq qərar ölkə hökuməti tərəfindən qəbul edilib.
Qeyd olunub ki, vaksinasiya ilə bağlı sənədi olanlar ölkəyə test və karantin kimi sərhəd tədbirlərinə riayət etmədən daxil ola biləcəklər.
Yeni qaydalar ÜST qaydalarına uyğun olaraq verilmiş bütün növ peyvənd sertifikatları üçün keçərlidir.