Bu gündən COVID-19-a qarşı tam peyvəndləmə keçən şəxslər İspaniyaya gedə bilər.
“Report” RTVE-yə istinadən xəbər verir ki, Avropa Dərmanlar Agentliyi (EMA) tərəfindən təsdiqlənmiş “Astra Zeneca”, “Pfizer”, “Moderna”, “Janssen” şirkətlərinin vaksinləri ilə yanaşı, “Sinopharm” və “Sinovac – Coronavac” vaksinləri ilə peyvənd olunanlar da ölkəyə səyahət edə bilər.
Şənbə günü açıqlanmış rəsmi sənədə görə, ölkəyə gələn hər kəs azı 14 gün əvvəl tam peyvəndləmə keçməsinə dair müvafiq arayış təqdim etməlidir. Ağır epidemioloji vəziyyətin qaldığı Hindistan, Braziliya, Cənubi Afrika Respublikası vətəndaşları istisna təşkil edir.
Bu gündən həmçinin İspaniya limanları səyahət gəmilərini qəbul etməyə başlayır.