İsrail martın 16-dan etibarən bütün ölkələrlə hava əlaqəsini bərpa edəcək.
“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” ölkənin Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən məlumat verib.
Qeyd olunur ki, Ben Qurion hava limanına bir gündə 3 mindən çox olmayaraq insan uça bilər. Bundan əlavə, sərnişinlər sosial məsafə saxlamalı, həmçinin hava limanında koronavirus testi verməlidir.
XİN-dən bildiriblər ki, İsrail Səhiyyə Nazirliyi əhalinin sağlamlığına təhlükə yarada biləcək istənilən aviareysi ləğv etmək hüququnu özündə saxlayacaq.
Daha əvvəl İsrailin yayda sərhədləri turistlər üçün aça biləcəyi xəbər verilmişdi.