Azərbaycanda sağlamlıq turizmi üzrə potensial yüksəkdir, lakin keyfiyyət məsələsində bəzi çatışmazlıqlar mövcuddur.
"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov Şuşada keçirilən "Azərbaycan Sağlamlıq Turizm Konfransı: İnkişaf imkanları" adlı tədbir çərçivəsində təşkil olunmuş "Azərbaycan Sağlamlıq Turizmi Destinasiyası kimi: Cari Vəziyyət və İmkanlar" adlı panel müzakirələrində bildirib.
"Bu çatışmazlıqların aradan qaldırılması üçün addımlar atacağıq. 2025-ci il sağlamlıq turizmi ilə bağlı həlledici il olacaq", - deyə o qeyd edib.
Bundan başqa, aparat rəhbərinin sözlərinə görə, Azərbaycanda turizmlə bağlı mövsümilik problemi də mövcuddur: "Alternativ turizm növlərinin inkişafı bizə bu problemi həll etməyə imkan verir. Sağlamlıq turizminin imkanlarının araşdırılması ilə bağlı hesabatlar hazırlanır," – aparat rəhbəri əlavə edib.
Onun sözlərinə görə, sağlamlıq turizmi ilə bağlı işçi qrupu formalaşdırılır: "Əsas məqsədimiz müxtəlif qurumların ortaq mövqeyini əks etdirən sənəd hazırlamaq və koordinasiyalı fəaliyyət göstərməkdir".