Nadir Alpaslan: "Azərbaycanla Türkiyə arasında turist axınının artırılması üzrə tədbirlər müzakirə olunur"

Nadir Alpaslan: "Azərbaycanla Türkiyə arasında turist axınının artırılması üzrə tədbirlər müzakirə olunur" Azərbaycanla Türkiyə arasında turist axınının artırılması istiqamətində işlər aparılır. "Report" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan deyib. O, qey
Turizm
23 Dekabr , 2022 12:04
Nadir Alpaslan: Azərbaycanla Türkiyə arasında turist axınının artırılması üzrə tədbirlər müzakirə olunur

Azərbaycanla Türkiyə arasında turist axınının artırılması istiqamətində işlər aparılır.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan deyib.

O bildirib ki, cari ilin əvvəlindən bugünədək Azərbaycandan Türkiyəyə gələn turist sayı 500 min nəfəri keçib:

"Hələ 2019-cu ildəki göstəricilərə yeni yaxınlaşmışıq. Hədəfimiz qısa zamanda bir milyondan çox azərbaycanlı turistin ölkəmizə ziyarət etməsidir. Təbii ki, bu tək tərəfli deyil, Türkiyədən də Azərbaycana səfər edənlərin sayının artırılması üçün hansı tədbirlərin görülə biləcəyini müzakirə edirik. Bu mənada səyahətin daha rahat və əlçatan olması son dərəcə önəmlidir. Hazırda "Türk Hava Yolları" aviaşirkəti iki ölkə arasında həftədə 30-a yaxın uçuş həyata keçirir. Bunun daha da artması önəmlidir. "Pegasus" aviaşirkəti də bu istiqamətdə çalışır. AZAL-ın da bu istiqamətdə fəaliyyəti var. Tək Bakı deyil, Gəncə və Naxçıvana da uçuşlar həyata keçirilir. Bu reyslərin artırılması, o cümlədən qiymət və rahatlığın daha əlverişli vəziyyətə gətirilməsi iki ölkə arasında səyahətlərin artırılması baxımından olduqca önəmlidir".

Onun sözlərinə görə, Azərbaycandan Antalya, Bodrum başda olmaqla Türkiyənin tətil bölgələrinə maraq var.

N. Alpaslan hesab edir ki, Azərbaycanda güclü tədbir turizmi infrastrukturu var: "Ortaq təbliğat nəticəsində iki ölkə arasında səfər saylarının daha da artacağını düşünürəm".

Nazir müavini qeyd edib ki, 2023-cü ildə Şuşanın türk dünyasının mədəniyyət paytaxtı olması da önəmli məsələdir: "Bu çərçivədə ölkəmizdən də, xüsusən Qarabağ zəfərindən sonra bu bölgəyə səyahət etmək istəyən vətəndaşlarımızın sayı olduqca çoxdur. Bu mənada lazım olan rahatlıq təmin edilərsə, iki tərəfli olaraq bu səyahətlər xeyli artacaq".

Son xəbərlər

Orphus sistemi