Ötən il Azərbaycana 92,7 min Rusiya vətəndaşı səfər edib

Ötən il Azərbaycana 92,7 min Rusiya vətəndaşı səfər edib Ötən il Azərbaycana 92,7 min nəfər Rusiya vətəndaşı səfər edib.
Turizm
8 Fevral , 2023 11:45
Ötən il Azərbaycana 92,7 min Rusiya vətəndaşı səfər edib

Ötən il Azərbaycana 92,7 min nəfər Rusiya vətəndaşı səfər edib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ildə xaricə səfər edən Rusiya vətəndaşlarının sayı 23,2 milyona çatıb ki, bunun da, 6,9 milyonu turizm məqsədli olub.

Hesabat dövründə ruslar turizm məqsədi ilə ən çox Türkiyəyə (3,7 milyon), Birləşmiş Ərəb Əmirliklərinə (909,7 min), Misirə (761,5 min), Ermənistana (295,7 min), Taylanda (171,4 min), Özbəkistana (131,6 min), Qazaxıstana (113,3 min), Maldiv adalarına (94,5 min), Azərbaycana (92,7 min) və Dominikan Respublikasına (76,1 min) səfər edib.

Son xəbərlər

Orphus sistemi