AZBRAND şirkəti Güc Yerlərinin Öyrənilməsi və Sakral Turizmin İnkişafı Mərkəzinin layihəsi çərçivəsində Qobustanı tanıtdıracaq.
“Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında şirkətin vitse-prezidenti Rifat Sultanzadə məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanda çoxlu sayda güc yerləri var və onlardan biri də Qobustanda yerləşir.
“Bu gün biz bütün bəşəriyyətə Azərbaycanın sivilizasiya mərkəzlərindən biri olduğunu göstəririk. AZBRAND şirkəti Qobustanı sakral (müqəddəs) turizmin yeni istiqamətlərindən biri kimi tanıtdıracaq”, - o deyib.