Rusiyanın iki aviaşirkəti Azərbaycanın şəhərlərinə uçuşlar üçün icazə alıb

Rusiyanın iki aviaşirkəti Azərbaycanın şəhərlərinə uçuşlar üçün icazə alıb Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyi bu ölkənin iki aviaşirkətinə Azərbaycanın şəhərlərinə uçuşlar həyata keçirməyə icazələr verib.
Turizm
20 İyun , 2022 13:42
Rusiyanın iki aviaşirkəti Azərbaycanın şəhərlərinə uçuşlar üçün icazə alıb

Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyi bu ölkənin iki aviaşirkətinə Azərbaycanın şəhərlərinə uçuşlar həyata keçirməyə icazələr verib.

“Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiyanın “Azimut” şirkəti Moskvadan Lənkəran və Qəbələyə uçuşlar həyata keçirməyə planlaşdıracaq.

Bundan başqa, bu aviaşirkət Mineralnıye Vodı şəhərindən Gəncəyə uçuşlar həyata keçirə bilər.

Məlumatda deyilir ki, həmçinin, Rusiyanın “İrAero” aviaşirkəti Novosibirskdən, Yekaterinburqdan və Kazandan Bakıya müntəzəm avireyslər həyata keçirəcək.

Aviareyslərin nə zamandan və həftədə neçə dəfə ediləcəyi barədə hələlik heç bir məlumat verilməyib.

Xatırladaq ki, “Azimut” şirkətinin hazırda Rusiyanın Mineralnıye Vodı, Həştərxan və Soçi şəhərlərindən Bakıya uçuşlar həyata keçirmək üçün icazəsi var. “İrAero” şirkəti isə həftədə iki dəfə Moskva şəhərindən Füzuli Beynəılxalq Hava Limanına və Zaqatalaya uçuşlar həyata keçirmək üçün icazə verilib. Həmçinin, “IrAero” aviaşirkəti mayın 20-dən Novosibirsk-Bakı-Novosibirsk marşrutu üzrə beynəlxalq uçuşlar yerinə yetirməyə başlayıb.

Son xəbərlər

Orphus sistemi