Səudiyyə Ərəbistanının iş adamları Qubada turizmə investisiya qoya bilər

Səudiyyə Ərəbistanının iş adamları Qubada turizmə investisiya qoya bilər "Quba Azərbaycanın tarixi, çox qədim şəhərlərindən biridir"
Turizm
12 Fevral , 2021 14:36
Səudiyyə Ərəbistanının iş adamları Qubada turizmə investisiya qoya bilər

"Quba Azərbaycanın tarixi, çox qədim şəhərlərindən biridir. Bu rayonun iqtisadi potensial böyükdür. Ona görə də gələcək planlarımız barədə danışarkən buraya investisiya qoyulmasının mümkünlüyünü deyə bilərəm".

"Report"un Şimal bürosu xəbər verir ki, bunu Səudiyyə Ərəbistanıın Azərbaycandakı səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyri jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Quba turizm rayonu olduğundan xüsusilə bu sahəyə investisiyalar qoyulacaq: "Ümumilikdə Azərbaycanla təkcə iqtisadi sahədə deyil, bütün sahələrdə əlaqələr daha da gücləndiriləcək".

Xatırladaq ki, bu gün səfir Qubaya səfər edib. O, "Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib, "EkoAqrar" istehsalat müəssisəsi, "Qədim Quba" xalçaçılıq sexi və Cümə məscidində olub.

Son xəbərlər

Orphus sistemi