Tayvan martın 1-dən əcnəbilərə qoyulan qadağanı ləğv edəcək

Tayvan martın 1-dən əcnəbilərə qoyulan qadağanı ləğv edəcək Eyni zamanda bir sıra ölkələrdən işgüzar səyahət edənlər üçün karantin rejimi də yumşaldılacaq
Turizm
24 Fevral , 2021 14:16
Tayvan martın 1-dən əcnəbilərə qoyulan qadağanı ləğv edəcək

Tayvan hökuməti martın 1-dən etibarən əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanı ləğv etmək qərarına gəlib, həmçinin bir sıra ölkələrdən işgüzar səyahət edənlər üçün karantin rejimi də yumşaldılacaq.

“Report” xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi İnformasiya Agentliyi məlumat yayıb.

Yeni qaydalara görə, əcnəbi vətəndaşlar Tayvanın xarici ölkələrdəki nümayəndəliklərindən viza icazəsi alaraq və koronavirus testinin mənfi nəticəsi olduğunu göstərən sənədi təqdim etməklə adaya daxil ola biləcəklər. Eyni zamanda, aşağı və ya orta dərəcəli koronavirus yayılma riski olan ölkələrdən işgüzar turizm məqsədi ilə gələn şəxslər icbari karantin müddətini iki həftədən 5-7 günə endirmək üçün müraciət edə biləcəklər.

Xatırladaq ki, Tayvan hakimiyyəti koronavirusun Britaniya ştammının yayılması fonunda yanvarın 1-dən etibarən əcnəbilərin ölkəyə girişinə müvəqqəti qadağa tətbiq edib. O vaxtdan bəri adaya yalnız sakinlərin və mənfi test nəticəsi olan müəyyən qrup şəxslərin girişinə icazə verilib. Həmçinin tranzit uçuşlar da ləğv edilmişdiş

Tayvanda pandemiya başlayandan bəri dünyada ən aşağı xəstəlik göstəricilərindən biri qeydə alınıb. Adada 946 yoluxma hadisəsi qeydə alınıb ki, bunların böyük əksəriyyəti “gətirilmə” olub.

Son xəbərlər

Orphus sistemi