Tunisdə yeni turist vergisi tətbiq ediləcək

Tunisdə yeni turist vergisi tətbiq ediləcək Noyabrın 1-dən Tunisdə yeni turist vergisi tətbiq ediləcək.
Turizm
29 Oktyabr , 2024 06:13
Tunisdə yeni turist vergisi tətbiq ediləcək

Noyabrın 1-dən Tunisdə yeni turist vergisi tətbiq ediləcək.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, yeni vergi turistləri otelin ulduz reytinqindən asılı olaraq gündə 1 avrodan 3,5 avroya qədər əlavə ödəməyə məcbur edəcək.

Məsələn, ikiulduzlu otellərdə ödəniş adambaşına gündə 1,18 avro, üçulduzlu otellərdə 2,36 avro, dörd və beşulduzlu otellərdə isə gündə 3,54 avro olacaq. Vergi 12 yaşdan yuxarı mütəşəkkil turistlərə şamil ediləcək.

Yığılan vəsaitin turizm sənayesi üçün xidmət və malların maliyyələşdirilməsinə yönəldilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi