Türkiyənin turizm gəlirləri 40%-dən çox azalıb

Türkiyənin turizm gəlirləri 40%-dən çox azalıb Turizm gəlirlərinin 68,8 %-i xarici qonaqlardan, 31,2 %-i isə xaricdə yaşayan Türkiyə vətəndaşlarından əldə edilib
Turizm
30 Aprel , 2021 12:25
Türkiyənin turizm gəlirləri 40%-dən çox azalıb

Bu ilin yanvar-mart aylarında Türkiyənni turizm gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 40,2 % azalaraq 2,452 milyard ABŞ dollara düşüb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatının (TUİK) məlumatında qeyd olunur.

Bildirilir ki, turizm gəlirlərinin (mobil telefon rouminqi və marina xidməti xərcləri xaric) 68,8 %-i xarici qonaqlardan, 31,2 %-i isə xaricdə yaşayan Türkiyə vətəndaşlarından əldə edilib.

Yanvar-mart aylarında sektor üzrə xərclərin 2,296 milyard ABŞ dollarını və ya 93,7 %-ni şəxsi xərclər, 155 milyon ABŞ dollarını və ya 6,3 %-ni isə turpaketlər təşkil edib.

Hesabat dövründə xarici qonaqların gecəlik xərci 64 ABŞ dolları, xaricdə yaşayan Türkiyə vətəndaşlarının xərci isə 44 ABŞ dolları olub.

Bu il aprelin 1-nə xarici ölkələrə səfər edəın Türkiyə vətəndaşlarının turizm xərcləri 70,2 % azalaraq 236,423 milyon ABŞ dollara enib ki, bunun da, 236,141 milyon ABŞ dollarlıq hissəsi şəxsi, 282 min ABŞ dolları isə turpaket təşkil edib. Eyni dövrdə xaricə səyahət edən vətəndaşların sayı isə illik müqayisədə 83,9 % azalaraq 281,322 minə enib

Son xəbərlər

Orphus sistemi