Ukrayna səfiri: “Kəlbəcər dağ turizminin inkişafı baxımından perspektivlidir”

Ukrayna səfiri: “Kəlbəcər dağ turizminin inkişafı baxımından perspektivlidir” "Kəlbəcər gözəl, dağ turizminin inkişafı baxımından perspektivli məkandır".
Turizm
31 May , 2022 11:53
Ukrayna səfiri: “Kəlbəcər dağ turizminin inkişafı baxımından perspektivlidir”
Vladislav Kanevski

"Kəlbəcər gözəl, dağ turizminin inkişafı baxımından perspektivli məkandır".

“Report” xəbər verir ki, bunu jurnalistlərə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Kəlbəcər rayonuna səfəri zamanı bildirib.

“Ötən il Ağdamda işlərin necə sürətlə görüldüyünün şahidi olmuşduq. Burada da işlərin necə aparıldığını gördükdən sonra aydın olur ki, tezliklə Kəlbəcər bərpa ediləcək”, - səfir deyib.

Xatırladaq ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Kəlbəcər rayonuna səfəri başlayıb. Səfərdə 50-dən çox ölkə və 10 beynəlxalq təşkilatı təmsil edən 80-dən çox diplomat və hərbi attaşe iştirak edir.

Son xəbərlər

Orphus sistemi