Xaricilər ən yaxşı şəhərləri seçdi

Xaricilər ən yaxşı şəhərləri seçdi Valensiya, Alikante və Lissabon ekspatların yaşaması üçün ən yaxşı şəhərlər seçilib.
Turizm
27 Noyabr , 2020 07:35
Xaricilər ən yaxşı şəhərləri seçdi

Valensiya, Alikante və Lissabon ekspatların yaşaması üçün ən yaxşı şəhərlər seçilib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, müvafiq məlumat “Expat Insider 2020”nin illik hesabatında yer alıb.

Tədqiqat müəllifləri 171 milləti təmsil edən və 181 ölkədə yaşayan 15 mindən çox insan arasında sorğu aparıblar. Respondentlər 66 şəhəri əsas göstəricilər üzrə qiymətləndiriblər: həyat keyfiyyəti, maliyyə, mənzil, şəhər və iş həyatı.

Valensiya, həyat keyfiyyəti və dəyəri baxımından ən yaxşı şəhər seçilib. Sorğuda iştirak edənlərin 90 faizi oradakı yaşayışlarını müsbət qiymətləndirib.

Liderlər siyahısına Panama-Siti, Sinqapur, Malaqa, Buenos-Ayres, Kuala-Lumpur, Madrid və Abu Dabi də daxildir.

Qeyd edək ki, ekspat, ölkələrindən kənarda yaşayan və işləyən xarici mütəxəssislər anlamına gəlir.

Son xəbərlər

Orphus sistemi