Koronavirus (COVID-19) pandemiyası digər ölkələrdə olduğu kimi, Azərbaycanda da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından bu sahədə azalmaya səbəb olub.
"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac icmalı"nən noyabr sayında bildirilir.
Sənəddə həmçinin deyilir ki, bu ilin oktyabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 24,9 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 4,2 dəfə az) təşkil edib. 2020-ci ilin yanvar-oktyabr aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 379,1 milyon manatlıq (illik müqayisədə 2,8 dəfə az) əməliyyat aparıb.