ABŞ “907 saylı düzəliş”i Azərbaycanla əməkdaşlığa maneə hesab etmir

ABŞ “907 saylı düzəliş”i Azərbaycanla əməkdaşlığa maneə hesab etmir ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn “907 saylı düzəliş”i Vaşinqtonla Bakı arasında sıx və dərin əməkdaşlığa maneə hesab etmir.
Xarici siyasət
28 İyun , 2024 17:08
ABŞ “907 saylı düzəliş”i Azərbaycanla əməkdaşlığa maneə hesab etmir

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Azadlığa dəstək haqqında akta “907 saylı düzəliş”i Vaşinqtonla Bakı arasında sıx və dərin əməkdaşlığa maneə hesab etmir.

"Report" xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn jurnalistlərə açıqlamasında deyib.

“Hesab etmirəm ki, bizim Konqresdə "907 saylı düzəliş"in ləğvi məsələsini nəzərdən keçirmək istəyi var, lakin istisnalar mövcuddur. Hər bir sonrakı administrasiya, respublikaçılar və demokratlar, şərtlər tələb olunduqda istisnalar təqdim edib. Hazırda mövcud olanları təhlil etməyə davam edirik. Düşünürəm ki, bizim Bakı ilə çox güclü işgüzar əlaqələrimiz var. Xüsusilə “907 saylı düzəliş”in mane ola bilməyəcəyi təhlükəsizlik və əməkdaşlıq sahələrində bu əlaqələr mövcuddur”, - o bildirib.

İki ölkə bir-biri ilə qarşılıqlı əlaqə yaratmaq üçün çox səmərəli yollar tapır: “Bir çox sahələrdə çox sıx və dərin əməkdaşlığımız var. Ona görə də bunun maneə olduğunu düşünmürəm. Bu, həll etmək üçün birlikdə çalışdığımız problemlərdən yalnız biridir”.

Son xəbərlər

Orphus sistemi