Bu gündən başlayaraq martın 24-nə qədər ABŞ-ın Nyu-York şəhərində keçiriləcək BMT-nin Su Konfransı çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasını sürətləndirmək üçün Azərbaycanın su təchizatı sahəsində tətbiq etdiyi innovasiyalara dair tədbir təşkil olunacaq.
“Report” konfransın proqramına istinadən xəbər verir ki, tədbir martın 24-də baş tutacaq.
İştirakçılar Azərbaycanda bu sahədə aparılan islahatlar, tətbiq olunan innovasiyalar, davamlı transformasiyalar vasitəsilə DİM-lərə nail olunmasını sürətləndirmək üçün maraqlı tərəflərlə qarşılıqlı əlaqələri müzakirə edəcəklər.
Tədbirdə ölkəmizdən Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, “Azərsu” və "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-lərin, eləcə də beynəlxalq strukturların yüksək vəzifəli şəxslərinin iştirak edəcəyi gözlənilir.
Xatırladaq ki, Su Konfransı BMT-nin mənzil-qərargahında keçiriləcək.