ABŞ-ın Azərbaycandakı səfirliyi vəkillərlə bağlı qərarı alqışlayıb

ABŞ-ın Azərbaycandakı səfirliyi vəkillərlə bağlı qərarı alqışlayıb ABŞ-ın Azərbaycandakı səfirliyi vəkillər Şəhla Hümbətova və İradə Cavadovanın Azərbaycan Vəkillər Kollegiyası üzvlüyünə bərpası haqda verilən qərarı alqışlayıb
Xarici siyasət
6 May , 2021 16:43
ABŞ-ın Azərbaycandakı səfirliyi vəkillərlə bağlı qərarı alqışlayıb

ABŞ-ın Azərbaycandakı səfirliyi vəkillər Şəhla Hümbətova və İradə Cavadovanın Azərbaycan Vəkillər Kollegiyası üzvlüyünə bərpası ilə bağlı qərarı alqışlayıb.

Bu barədə "Report"a diplomatik nümayəndəlikdən bildirilib.

"Dünyanın demokratik dövlətlərində insan haqları üzrə vəkillər insan haqlarının, demokratiyanın və qanunun aliliyinin qorunmasında müstəsna rol oynayırlar. Xanım Hümbətova, xanım Cavadova və digər çoxsaylı vəkillərin cəsarətli səyləri nəticəsində ehtiyacı olan icmalar və sıravi vətəndaşlar hüquq xidmətlərindən faydalanmaq imkanı qazanırlar", - səfirlikdən vurğulanıb.

Son xəbərlər

Orphus sistemi