ABŞ rəsmi Bakı-İrəvan münasibətlərinin normallaşması üçün atılan addımları dəstəkləyir

ABŞ rəsmi Bakı-İrəvan münasibətlərinin normallaşması üçün atılan addımları dəstəkləyir “Rəsmi Vaşinqton Brüsselin Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesinə yardımını dəstəkləyir”.
Xarici siyasət
9 İyun , 2022 10:38
ABŞ rəsmi Bakı-İrəvan münasibətlərinin normallaşması üçün atılan addımları dəstəkləyir

“Rəsmi Vaşinqton Brüsselin Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesinə yardımını dəstəkləyir”.

“Report” xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger brifinqdə deyib.

“ABŞ Cənubi Qafqaz regionunu firavan görmək istəyir. Həmçinin regionun bütün ölkələri arasında kommunikasiyaların açılması çox vacibdir”, - o bildirib.

Səfir qeyd edib ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-a səfəri mühüm əhəmiyyət kəsb edib: “Səfər zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanmasında ABŞ-ın oynadığı rol müzakirə olunub”.

Xatırladaq ki, Hikmət Hacıyev bu həftə ABŞ-a səfər edib və orada rəsmi şəxslərlə, o cümlədən ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla bir sıra görüşlər keçirib.

Son xəbərlər

Orphus sistemi