ABŞ səfiri: “Azərbaycanla əlaqələri daha da möhkəmləndirmək niyyətindəyik”

ABŞ səfiri: “Azərbaycanla əlaqələri daha da möhkəmləndirmək niyyətindəyik” “Azərbaycanla ABŞ arasında diplomatik əlaqələrin qurulmasından indiyədək bizim bir çox sahələrdə birgə əməkdaşlığımız var. “Əsrin müqaviləsi”, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Əfqanıstanda təhlükəsizliyin təmin olunması istiqamətində ap
Xarici siyasət
28 Fevral , 2022 19:03
ABŞ səfiri: “Azərbaycanla əlaqələri daha da möhkəmləndirmək niyyətindəyik”

“Azərbaycanla ABŞ arasında diplomatik əlaqələrin qurulmasından indiyədək bizim bir çox sahələrdə birgə əməkdaşlığımız var. “Əsrin müqaviləsi”, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Əfqanıstanda təhlükəsizliyin təmin olunması istiqamətində apardığımız birgə fəaliyyətlər bu əməkdaşlığın tərkib hissəsidir”.

“Report” xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger fevralın 28-də iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyi ilə bağlı keçirilən tədbirdə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ABŞ ilə Azərbaycan arasında təhsil, mədəniyyət və digər sahələrdə layihələrin sayını artırmaq, əlaqələri daha da möhkəmləndirmək niyyətindədilər: “ABŞ və Azərbaycan ötən 30 ildə bir çox nailiyyətlər əldə edib və əminik ki, güclü tərəfdaşlar olaraq bundan sonrakı 30 il ərzində daha böyük uğurlara imza atacaqlar”.

Son xəbərlər

Orphus sistemi