"Türkiyə ilə Ermənistan arasında münasibətlərin yoluna qoyulması regionda yeni nəqliyyat və logistika imkanları açacaq".
“Report” xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyilə bağlı keçirilən dəyirmi masada bildirib.
Onun fikrincə, bu məsələ həm də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına təkan verə bilər.
“Regionda normallaşma və sabitlik buradakı bütün ölkələrin xeyrinə olacaq” – deyə səfir vurğulayıb.