BMTM: "Ağdaban qətliamı ilə bağlı da hesabat hazırlamaq olar, çünki az bilinən bir faciədir"

BMTM: "Ağdaban qətliamı ilə bağlı da hesabat hazırlamaq olar, çünki az bilinən bir faciədir" "Gələcəkdə Ağdaban qətliamı ilə bağlı da hesabat hazırlamaq olar, çünki az bilinən bir faciədir".
Xarici siyasət
28 Sentyabr , 2023 11:43
BMTM: Ağdaban qətliamı ilə bağlı da hesabat hazırlamaq olar, çünki az bilinən bir faciədir

"Gələcəkdə Ağdaban qətliamı ilə bağlı da hesabat hazırlamaq olar, çünki az bilinən bir faciədir".

Report" xəbər verir ki, bunu “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin Başlıbel qətliamı ilə bağlı hazırladığı hesabatın təqdimatında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) Şöbə müdiri Vasif Hüseynov deyib.

"Kəlbəcərin işğalından danışanda Ağdaban faciəsini qeyd etməmək olmaz. Ağdaban düşmənin ilk hədəflərindən birinə çevrilmişdi. Orada qəddar bir qətliam törədilmişdi, 32 nəfər xüsusi amansızlıqla qətlə yetirilmişdi. Ağdabanda qadının diri-diri yandırılması, uşaqların öldürülməsi kimi faktlar var", -o əlavə edib.

Xatırladaq ki, 1992-ci ilin aprelin 7-dən 8-nə kecən gecə Ermənistan silahlı birləşmələri, Qarabağdakı erməni yaraqlılarının köməyi ilə Kəlbəcər rayonunun Ağdaban kəndinə hücum edərək 130 evdən ibarət olan kəndi tamamilə yandırıb, 779 nəfər dinc sakinə divan tutub, 67 nəfəri amansızcasına qətlə yetirərək soyqırımı aktı törədiblər. Bir gecədə 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib. Ermənilər tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdılıb, müqəddəs ziyəratgah və məzarlıqlar təhqir olunub və məhv edilib. Erməni separatçılarının Azərbaycan mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinin davamı kimi Azərbaycanın klassik aşıq şeirinin ustadı Aşıq Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları yandırılıb və talan olunub.

Son xəbərlər

Orphus sistemi