Aİ Azərbaycan və Şərq Tərəfdaşlığının digər ölkələrində islahatları dəstəkləyəcək

Aİ Azərbaycan və Şərq Tərəfdaşlığının digər ölkələrində islahatları dəstəkləyəcək Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrində islahatlar prosesinə dəstək vermək niyyətini təsdiqləyir.
Xarici siyasət
16 Dekabr , 2021 02:15
Aİ Azərbaycan və Şərq Tərəfdaşlığının digər ölkələrində islahatları dəstəkləyəcək

Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığı ölkələrində islahatlar prosesinə dəstək vermək niyyətini təsdiqləyir.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Aİ-Şərq Tərəfdaşlığı sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.

“Sammitin ikinci elementi bu tərəfdaşlığın gələcəyə yönəlməsi, əhalinin gözləntilərinə konkret cavab verilməsi üçün zəruri olan islahatlar prosesini dəstəkləmək niyyətlərini təsdiqləmək imkanıdır”, - deyə o bildirib.

Xatırladaq ki, “Şərq Tərəfdaşlığı” layihəsi 2009-cu ildə Aİ, onun üzv dövlətləri və altı ölkə: Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ermənistan və Ukrayna arasında siyasi və iqtisadi əlaqələri gücləndirmək üçün başlayıb.

Belarus istisna olmaqla, Şərq Tərəfdaşlığının bütün ölkələri Brüsseldə keçirilən sammitdə təmsil olunub. Rəsmi Kiyev layihədə iştirakını dayandırıb.

Son xəbərlər

Orphus sistemi