Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasın diplomatik missiyası başa çatır.
“Report” TASS-a istinadən xəbər verir ki, onun bu yay Bakını tərk edəcəyi planlaşdırılır.
Xatırladaq ki, K.Yankauskas 2017-ci ildən etibarən Aİ-nin Azərbaycandakı nümayəndəliyinə rəhbərlik edir.
O, 2017-ci il sentyabrın 12-də öz etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edib.