Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib.
“Report” xəbər verir ki, diplomatın videomüraciəti Aİ-nin Azərbaycandakı nümayəndəliyinin feysbuk səhifəsində yerləşdirilib.
“Azərbaycanın Respublika Günü münasibətilə hər birinizi təbrik edirəm. 103 il əvvəl Azərbaycan Demokratik Respublikası qurulub. 30 il əvvəl, 1991-ci ildə xalq yenidən müstəqil dövləti bərpa edib. O vaxtdan etibarən Avropa İttifaqı ilə Azərbaycan öz aralarında tərəfdaşlığı və əməkdaşlığı inkişaf etdirir”, – səfir deyib.
“Bizim energetika sahəsində çox qabaqcıl strateji tərəfdaşlığımız var və biz birlikdə nəqliyyat, bölgələrin inkişafı və demokratik idarəetmə sahəsində dayanıqlılığı artırmaq üzərində işləyirik, insanlar arasında əlaqələri təşviq edirik. Mən Azərbaycan xalqına sülh, sabitlik, sağlamlıq və rifah arzu edirəm. Respublika Günün mübarək, Azərbaycan!”, – K.Yankauskas əlavə edib.