Aİ Şəhla Hümbətova və İradə Cavadovanın vəkillik fəaliyyətinin bərpasını alqışlayıb

Aİ Şəhla Hümbətova və İradə Cavadovanın vəkillik fəaliyyətinin bərpasını alqışlayıb Kestudis Yankauskas fəaliyyəti dayandırılmış digər vəkillərin də işlərinə baxılacağına dair gözləntilərini vurğulayıb
Xarici siyasət
8 May , 2021 17:50
Aİ Şəhla Hümbətova və İradə Cavadovanın vəkillik fəaliyyətinin bərpasını alqışlayıb

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestudis Yankauskas Azərbaycan Vəkillər Kollegiyası tərəfindən vəkillər Şəhla Hümbətova və İradə Cavadovanın səlahiyyətlərinin bərpa olunmasını alqışlayıb.

"Report" xəbər verir ki, K.Yankauskas bu barədə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevlə görüşündə deyib.

K.Yankauskas vəkillik fəaliyyətinə xitam verilmiş və fəaliyyəti dayandırılmış digər vəkillərin də işlərinə baxılacağına dair gözləntilərini vurğulayıb.

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri hüquq müdafiəçilərinin qanunun aliliyinin sütunları olduğunu və demokratik dəyərlərin qorunmasında müstəsna rol oynadıqlarını bildirib.

Son xəbərlər

Orphus sistemi