"Ermənistan problemləri həll etmək üçün digər ölkələrdən kömək istəmək fikrindən əl çəkməlidir".
"Report" xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini Numan Kurtulmuş Türk şəhidliyi abidəsinin önündə çıxışı zamanı deyib.
O bildirib ki, problemləri danışaraq həll etmək lazımdır:
"Digər ölkələrdən yardım istəmək erməni xalqına heç bir faydası olmaz".