Albaniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİB

Albaniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİB Albaniya Prezidenti Bayram Beqay Azərbaycana dövlət səfərinə gəlir.
Xarici siyasət
6 İyul , 2023 16:15
Albaniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİB

Albaniya Prezidenti Bayram Beqay iyulun 6-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

“Report” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Bayram Beqayı və xanımı Armanda Beqayı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

14:22

Albaniya Prezidenti Bayram Beqay Azərbaycana dövlət səfərinə gəlir.

“Report” Albaniya KİV-inə istinadən xəbər verir ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir.

Səfər çərçivəsində ikitərəfli əməkdaşlıq, Albaniyadan qazın regionun digər ölkələrinə paylanması layihələrinin həyata keçirilməsi ilə bağlı müzakirələrin aparılacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi